Avropa İttifaqı Əfqanıstana 300 milyon avro ayıracaq

Avropa İttifaqı Əfqanıstana 300 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) Əfqanıstana 300 milyon avro humanitar yardım üçün vəsait ayıracaq.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen  öz "Twitter" hesabında bildirib.

O, "Əfqanıstan xalqının yanındayıq. Bu gün Aİ Kabilə təyyarəylə kritik humanitar yardım çatdırdı. Daha çoxu gələcək. Aİ Əfqanıstan üçün 300 milyon avro humanitar yardım üçün vəsait ayıracaq" ifadələrindən istifadə edib. 

Komissiyanın böhran idarəçiliyindən məsul üzvü Janez Lenarcic də Aİ Humanitar Hava Körpüsünün Əfqanıstana 32 ton vacib yük çatdırdığını açıqlayıb.
Lenarçiç Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF ilə ortaq olaraq edilən yardımların münaqişədən və vəba epidemiyasından zərər çəkmiş əfqanlara dəstək verməyi hədəflədiyini bildirib.

Qeyd edək ki, Aİ daha əvvəl ölkə daxilində və xaricində olan əfqanlara humanitar yardım miqdarını 50 milyondan 200 milyon avroya çıxardığını və vəziyyətin gedişatından asılı olaraq bu məbləğin artırıla biləcəyini bəyan etmişdi.

Xəbəri paylaş

VİDEOLAR