İslam Respunlikasını Xarici İşlər Nazirliyinin mətbuat katibi Avropa Birliyinin Məhkəməsinin hicabla bağlı qərarını pisləyib
"Avropa Birliyinin Məhkəmə orqanının qərarı utancvericidir."
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İslam Respunlikasını Xarici İşlər Nazirliyinin mətbuat katibi gündəlik məsələləri şərh edərkən deyib.
Xətibzadə deyib: "İnsan hüquqları, azlıqların və dinlərin hüquqları İslam və müsəlmanlara çatdıqda, Avropada daha dar məna kəsb edirlər. Bu ayrı-seçkilik xarakteri daşıyan qərar ayrı-seçkiliyə və Avropada İslamofobiya və müsəlmanlara qarşı şiddətin artmasına səbəb ola bilər".
Xətibzadə ABŞ-ın humanitar məsələlərindən siyasi məqsədlərlə istifadə etməsinə də toxunub.
"ABŞ hökuməti 2231saylı qətnamə və nüvə anlaşması üzərindəki öhdəliklərinə qayıdan zaman və İran bunun doğruluğunu sınadıqdan sonra, öz öhdəliklərinə geri dönəcək", - Xətibzadə əlavə edib.