Aviv Koxavi: İsrail ordusu təhlükədədir!

Aviv Koxavi: İsrail ordusu təhlükədədir!

Vəzifəsinin son günlərini keçirən İsrailin Baş Qərargah rəisi Aviv Koçavi Hizbullahın bu rejimə hücum kabusundan qaça bilmədiyini son müsahibələrində gizlədə bilməyib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən o, Hizbullahla yeni müharibə olacağı təqdirdə bu müharibənin Livanı 50 il geriyə aparacağını iddia edib.

Dünən “Jerusalem Post” qəzetində dərc olunan müsahibəsində Koçavi iddia edib ki, onun rejimi təkcə “İranın müttəfiqlərinə” (o, müqavimət qruplarını nəzərdə tutur) deyil, həm də infrastrukturları və Livanı hədəfə almağa geniş şəkildə atəş açmaq gücünə malik olacaq.

Gələn bazar ertəsi sionist rejimin qərargahındakı kreslosunu tərk etməli olan Koçavi sionist televiziya kanalı 14-ə belə etiraflar edib:

"İsrail ordusu hələ də düşmənlərinin əhatəsində olduğu üçün bir çox problemlərlə üzləşir".

Xəbəri paylaş

VİDEOLAR