İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib
Rasthaber Azərbaycan az.shafaqna.com-a istinadən xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, ölkəsinin nüvə silahı yaratmaq planı yoxdur.
“Ali lider Ayətullah Xameneinin də dediyi kimi, atom bombasının hazırlanması və onun istifadəsi haramdır, yəni İslamda qadağan edilmiş əməldir”, – deyə o qeyd edib.
O qeyd edib ki, “bu cür işlər İranın nüvə fəaliyyətinin gündəliyində mövcud deyil”.
Cəlali həmçinin deyib ki, MAQATE-nin (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) təftiş və verifikasiyaları İranın nüvə proqramının dinc xarakter daşığıdığını təsdiq edir.