Astarada torpaq sürüşməsi olub

Astarada torpaq sürüşməsi olub

Astaranın dağ kəndində torpaq sürüşməsi olub, 10-dan çox ailə təhlükə ilə üzləşib.

Az.rasthaber.com xəbər verir ki, təhlükəli vəziyyət rayonun Sipiyəpart kəndində yaşanır.

Belə ki, kəndin Hörün məhəlləsində payız və qış mövsümündə yağan yağıntılar səbəbi ilə torpaq qatı sürüşüb. Nəticədə kəndin müxtəlif yerlərində yaranan sürüşmə fərdi yaşayış evləri üçün təhlükə yaradıb.

Sakinlər hər an evlərinin uçacağından ehtiyatlanaraq evlərini tərk edib, qohumlarının evlərinə sığınmalı olublar. Onların sözlərinə görə əsasən sitrus bağçılığı ilə məşğul olduqları kənddə bağların əksəriyyəti sürüşmə səbəbindən məhv olub.

Kənddə yaranan mövcud vəziyyətlə bağlı aidiyyati qurumlar məlumatlandırılıb.

Ərazi icra nümayəndəliyindən Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əraziyə baxış keçirildikdən sonra yaşayış evlərinin taleyi ilə bağlı qərar veriləcəyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR