Astarada evə basqın edən maskalı şəxslər tutulub

Astarada evə basqın edən maskalı şəxslər tutulub

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Astara Rayon Polis Şöbəsinə sentyabrın 17-də saat 3 radələrində Təngərüd kəndində yaşayan S.Abdullayevin evinə girmiş  3 maskalı şəxsin onun atası, oğlu və həyat yoldaşına bıçaqla xəsarətlər yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzizov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı E.Əzizovdan 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbəri paylaş

VİDEOLAR