ASO Suriya hərbçilərinə hücum etdi

ASO Suriya hərbçilərinə hücum etdi

Hücum zamanı 3 Suriya əsgərinin öldüyü, 20 əsgərin isə yaralandığı önə çəkilir.

Rasthaber Azərbaycan xəbər verir ki, Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov dünən keçirdiyi brifinqində, Heyəti Təhrir Şam və Azad Suriya Ordusunun gecə yarısından günorta saatlarına qədər Suriya hökümət güclərinin Maşarfadakı mövqelərinə hücum etdiyini bildirərək “Hücumda 2 tank və 3 zirehli pyada maşını yer almışdı. Hücumdan öncə qumbaratanlardan və toplardan intensiv atəş açıldı. Saat 7:45 radələrində ən az 30 döyüşçü pulemyot quraşdırılmış 5 maşın ilə İdlib gərginliyi azaldılma zonasından Hələb bölgəsinin Melkiyə rayonundakı hökümət güclərinin mövqeləri istiqamətində irəliləməyə çalışdı. Üç maşın partladıldı.”, - deyə qeyd edib.

Hücum zamanı 3 Suriya əsgərinin öldüyü, 20 əsgərin isə yaralandığı önə çəkilir.

Qanunsuz silahlı qruplaşma liderlərinin yaxın zamanda yeni hücumlar planlaşdıracaqları ilə bağlı məlumat əldə etdiklərini açıqlayan Borenkov sözlərinə belə davam edib: “Rusiya kəşfiyyat maşınları Suriya Milli Ordusunun (ASO) 300-ə yaxın üzvünün, pulemyot quraşdırılmış20 maşın və 7 zirehli avtombillə Hələb bölgəsinin Afrin rayonundan İdlib gərginliyi azaldılma zonasına keçdiyini təsbit edib.”

Xəbəri paylaş

VİDEOLAR