Apple mağazalarını bağladı

Apple mağazalarını bağladı

"Apple" şirkəti koronavirusla bağlı Çinin materik hissəsində mağazaları bağlayıb

"Apple" şirkəti koronavirusla bağlı Çinin materik hissəsində fevralın 9-dək bütün mağazaları bağlayıb. 

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

"Profilaktik tədbirlərlə bağlı "Apple" mağazaları bu gündən fevralın 9-dək müvəqqəti olaraq bağlanır", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bu günə olan məlumata görə, Çində koronavirusdan ölənlərin sayı 259-a çatıb, bu virusa yoluxanların sayı təxminən 12 mindir.

Xəbəri paylaş

VİDEOLAR