Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu həbsdə saxlayıb

Məhkəmə Tofiq Yaqublunun həbsi ilə bağlı şikayəti təmin etməyib

 Rasthaber Azərbaycan Turan-a istinadən xəbər verir ki, bazar ertəsi Apellyasiya Məhkəməsi Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun həbsi ilə bağlı şikayəti təmin etməyib. Şikayət qanunsuz həbsin ləğvi və müxalifətçinin azad edilməsi tələbilə verilmişdi.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Məhkəmədə iştirak edən müxalifətçi günahsız olduğunu və ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. O qeyd edib ki, həbsinin əsl səbəbi Facebook səhifəsində hakimiyyətin ünvanına tənqidi yazı dərc etməsidir.

* Müsavat Partiyası sədrinin müavini və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədənə xəsarət yetirmək ittihamı ilə həbs edilib.

Həbs Azərbaycan prezidenti İlham Əliyevin müxalifətin ünvanına hədə dolu çıxışından bir neçə gün sonra baş verib. T.Yaqublunu 7 ilədək həbs təhlükəsi gözləyir.

Xatırladaq ki, T.Yaqublunun “cinayəti” ondan ibarətdir ki, onun park edilmiş avtomobilini başqa bir avtomobil vurub və həmin maşında olanlar T.Yaqubluya hücum ediblər, sonra isə T.Yaqublunun özünü günahlandırıblar.

Bir çox beynəlxalq təşkilatlar T.Yaqublunun həbsini pisləyərək hakimiyyəti dərhal onu azad etməyə çağırıblar.

Müxalifətçinin tərəfdarları əmindirlər ki, həbsin əsl səbəbi hakimiyyətin siyasətinin kəskin tənqid edilməsi və T.Yaqublunun Facebook-dakı yazılarıdır.

Xəbəri paylaş

VİDEOLAR