Türkiyə paytaxtı Ankarada İŞİD-ə qarşı anti-terror əməliyyatı keçirilib
Türkiyə paytaxtı Ankarada İŞİD terror qruplaşmasına qarşı anti-terror əməliyyatı keçirilib.
Rasthaber Azərbaycan xəbər verir ki, Suriya və İraqdakı hərbi münaqişə zonaları ilə əlaqədə olduqları üçün barələrində saxlanılma qərarı verilən İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham olunan 7 nəfər saxlanılıb.
Ümulikdə 12 nəfər haqqında saxlanılma qərarı verildiyi bildirilir.
Digər 5 nəfərin də saxlanılmaları üçün əməliyyatın davam etdiyi önə çəkilib.
Qeyd olunan anti-terror əməliyyatında saxlanılanların hamısının xarici vətəndaş olduğu deyilir.