Anasını söyən şəxs polis orqanlarından qovuldu

Anasını söyən şəxs polis orqanlarından qovuldu

Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov işdn qovulub

Rasthaber Azərbaycan xəbər verir ki, Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin facebook səhifəsi məlumatı yayıb.

Xəbəri paylaş

VİDEOLAR