Ölənlər arasında 656 qadın və 924 uşaq da var.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın fəaliyyətləri nəticəsində 2014-cü il 23 sentyabrdan indiyədək Suriyada 3 039 dinc insan həyatını həyatını itirib.
Ölənlər arasında 656 qadın və 924 uşaq da var.
Ən çox insan ölümü koalisiyanın fəaliyyətinin 2-ci ilinə düşür – 1753 günahsız insan.
Ən çox ölüm Raqqa əyalətində qeydə alınıb – 1133 dinc insan.
Digər bölgələrdə isə bu cürdür: Hələb – 784 nəfər, Deyr-əz-Zor – 626 nəfər, Həsəkə – 218 nəfər, İdlib – 140 nəfər, Homs – 133 nəfər, Dəra – 5 nəfər.
Ölən dinc insanların ailələrinə təzminatın ödənməsi tələb edilib.
Bundan başqa, hesabatda bir hücum zamanı 5-dən artıq insanın ölümü “qırğın” adlandırılır.
Belə ki, bu illər ərzində koalisiya azı 172 qırğın törədib.
Həmçinin koalisiya indiyədək mülki ifrastruktur obyeklərinə də, o cümlədən də məktəkb, bazar və məscidlərə azı 181 hücum edib.