Amerikanların Ərbildəki bazasında güclü partlayış

Amerikanların Ərbildəki bazasında güclü partlayış

Amerikanların Ərbildəki bazasında güclü partlayış

Dünən axşamçağı Ərbil hava limanına tərəf və amerikanların hərbi bazasının yaxınlığına beş ədəd raket atılıb.

Rasthaber İran mediasına istinadən xəbər verir ki, "Saberin Nyu" saytı amerikanların bazasında güclü partlayışın baş verdiyini bildirib.

Məlumatlar Amerikanın Ərbildə yerləşən Əlhərir bazasına iki raketin atılmasından söz açır.

Bu hadisədən sonra amerikalı qüvvələr bazanın ətrafını mühasirə ediblər.

Amerikanların bazasına raket düşdükdən sonra vertolyotlar daşıma əməliyyatına başlayıblar. Məlumatlı mənbələr ölən və yaralananların bazadan kənara köçürülmələrini ehtimal edirlər.

Digər tərəfdən, İraqın müştərək əməliyyat komandanlığı bir bəyanatda bildirib ki, bir terror qrupu çərşənbə günü gecə bir neçə ədəd «Katyuşa» raketiilə İraq Kürdüstanı bölgəsinin mərkəzi olan Ərbilin şimal-qərbində yerləşən bir bölgəni hədəfə alıb.

Bəyanatda sonra deyilir ki, bu raketlər Neynəva vilayətinin Əlhəmdaniyyə rayonundan Ərbilə tərəf atılıb və bu hücumdan sonra, raketlərin atıldığı bölgənin təhlükəsizlik rəsmisinin həbs edilməsi barədə göstəriş verilib.

Xəbəri paylaş

VİDEOLAR