Amerikanın Səsi əməkdaşlarından birində koronavirus aşkarlandığını bildirir.
Rasthaber Azərbaycan xəbər verir ki, laboratoriya müayinəsi bu diaqnozu təsdiqləyib. Virusa yoluxmuş şəxs Amerikanın Səsinin baş ofisində sonuncu dəfə 11 mart tarixində olub.
İşdə olarkən xəstələndiyini hiss edib və evə gedib. Ertəsi gün dərhal testdən keçmək üçün analiz verib. Yoluxan şəxsin vəziyyəti hazırda yaxşıdır. Xəstəliyin başqalarına yayılmasının qarşısını almaq üçün hazırda evdə özünütəcriddədir. Amerikanın Səsinin bütün işçi heyyəti yoluxan şəxsə öz xoş arzularını çatdıraraq, tezliklə sağalmasını diləyir.
Şəxsin yoluxması ehtimalı barədə xəbərdarlıq alan Amerikanın Səsinin rəhbəliyi məsələyə dərhal reaksiya verərək təcili qabaqlayıcı tədbirlər həyata keçirib. Belə ki, test nəticələri bəlli olmazdan əvvəl Amerikanın Səsinin tabe olduğu rəhbər qurum, ABŞ-ın Qlobal Media Agentliyi təcili olaraq yoluxmuş şəxsin olduğu studiyaları, ofisləri, iş zamanı olduğu bütün otaqların sənaye üsulu ilə təmizlənməsi və dezinfeksiya olunması üçün tövsiyə göndərib. Təmizləyici heyyət həmçinin studiyaları hər bir gündən bir təmizləyərək dezinfeksiya edir.
Qabaqlayıcı tədbirlər məqsədi ilə iş zamanı xəstəliyə yoluxmuş şəxslə yaxın əlaqədə olan bütün işçilər təcili olaraq evə karantinə göndərilib.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin tövsiyə olunan təlimatlarına əsasən işçilər karantində qalmaqda davam edəcək. Ehtiyac olduğu zaman əlavə tibbi yardım almaq üçün müvafiq tibb müəssisələri ilə əlaqə saxlayacaqlar.
Amerikanın Səsi ortaya çıxa biləcək hər hansı yeni bir yoluxma halına hazır olmaq və önləmək, eləcə də şəxsi məlumatların gizliliyini qorumaqla vəziyyəti tam nəzarətdə saxlayacaq.