Amerikanın hər təhdidini fürsətə çevirdik

Amerikanın hər təhdidini fürsətə çevirdik

Qüds Qüvvələri komandiri general-leytenant İsmayıl Qaani bu gün Tehranda keçirilən konfransda deyib

Rasthaber Azərbaycan "Eastnews"a istinadən verdiyi xəbərə görə, İran İnqilab Keşikçiləri Korpusuna bağlı Qüds Qüvvələri komandiri general-leytenant İsmayıl Qaani bu gün Tehranda keçirilən Müqəddəs Müdafiə (8 illik İran-İraq müharibəsi) Beynəlxalq Hüquqi Tələblər konfransında çıxış edib.  

General-leytenant Qaani ABŞ-ın İrana olan münasibətini tənqid edərək, "Amerika güc dilindən istifadədən başqa bir şey bilmir. Amerikalılar rasional davranaraq, millətimizə olan düşmənliyindən imtina etməli idi, çünki etdikləri hər təhdidi fürsətə çevirdik", - deyib.  

Qaani ABŞ-ın təşkil etdiyi terror hücumu nəticəsində həlak olan keçmiş Qüds Gücü komandiri general Qasim Süleymani ilə əlaqədar olaraq belə deyib:  

"Şəhid Süleymani terrorçularla birbaşa vuruşurdu. Amerikalılar terrorçu olduğunu iddia etdiyi birinin şəhid olduqdan sonra zülmə məruz qalmış insanlar tərəfindən necə qarşılandığını anlamalıdır. Şəhid Süleymaninin yolu qalıcıdır. O şəhidin yolunu qürurla davam etdirəcəyik. Eyni zamanda dünyadakı zalımların qarşısında duracağıq".   Qaani müqavimət cəbhəsinin gündən-günə daha da gücləndiyini qeyd edərək, "Əksinə, amerikalıların İraq və Əfqanıstanda hansı vəziyyətdə olduqlarını görürük. Təhlükəsizliyi üçün ətrafında divar hörən sionist rejimin vəziyyəti də bəllidir", - dəyərləndirməsini edib.  

General-leytenant İsmail Qaani "Müqavimət dünyada aktiv olaraq mövcuddur və bu şəkildə davam edəcək. Müqavimət şəhidlərinin axmış qanının yoldakı çətinlikləri necə aradan qaldıracağını görəcəyik, çünki Uca Allahın verdiyi qələbə vədi haqdır", - deyə bildirib. 

Xəbəri paylaş

VİDEOLAR