Amerikanın gələcək seçkilərində kimin qalib gəlməsi Tehran üçün mühüm deyil

Amerikanın gələcək seçkilərində kimin qalib gəlməsi Tehran üçün mühüm deyil

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən axşam virtual formada keçirilən Aralıq dənizi dialoqları iclasında bəzi məsələlərə toxunub.

O "Amerikanın gələcək seçkilərində kimin qalib gəlməsi Tehran üçün mühüm deyil. Vaşinqtonun İran qarşısındakı rəftarı islah olunmalıdır və Amerikanın gələcək hökuməti bu ölkə dövləti tərəfindən İran xalqına vurulmuş xəsarətlərə görə cavabdeh olmalıdır.", -deyə bildirib.

Diplomatiyanın bütün beynəlxalq məsələlərin həllində ən təsirli vasitə olduğunu vurğulayan Zərif sözlərinə belə davam edib: "İran nüvə anlaşmasının imzalanmasından beş ilin keçməsinə rəğmən, bəzi qarşı tərəflərin sabotajları və avropalıların öhdəsizlikləri səbəbindən hələ də bu anlaşmanın faydalarından bəhrələnməyib".

İranın xarici işlər naziri Amerikanın, İrana qarşı silah embarqosunun ləğvinin qarşısını almaq üçün əl-ayağa düşməsi haqda isə bildirib ki, bu məsələ nüvə anlaşmasnda razılaşdırılıbdır və heç bir kəs onu dəyişdirə bilməz.

Zərif Amerikanın hərbi təchizat və silahlarının iri həcmdə müxtəlif ölkələrə satışını dünyada səbatsızlıq və dincsizliyin kəskinləşməsi amillərindən biri adlandırıb "Təkcə Amerikanın hər il Ərəbistana satdığı silahların maliyyə dəyəri İranın ümumi hərbi-müdafiə büdcəsinin üçqatı qədərdir.", -deyə əlavə edib.

İranın xarici işlər naziri bu virtual iclasın davamında vurğulayıb ki, bütün ölkələr Suriyada şəraitin yaxşılaşmasına kömək etməlidirlər.

"Bütün xarici oyunçular öz istəklərini bu ölkə xalqına qəbul etdirmək deyil, yalnız Suriyada şəraitin yaxşılaşmasını asanlaşdırmaq vəzifəsinə malikdirlər.", - Zərif bildirib.

Zərif qərb sahilinin işğal olunmuş ərazilərə qatılması planı barədə isə qeyd edib ki, Tehranın Fələstin məsələsi üçün həll yolu, demokratiya və referendumun keçirilməsidr ki, fələstinlilərin özləri öz ölkələri barədə qərar çıxarmış olsunlar.

Xəbəri paylaş

VİDEOLAR