İranın Xarici İşlər naziri ABŞ və sionist rejimin İranın nüvə proqramı və obyektlərinə qarşı təhdidlərinə toxunaraq vurğulayıb: “İranın nüvə proqramı hərbi əməliyyatlarla aradan qalxmayacaq.”
Az.rasthaber.com xəbər verir ki, İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində İran İslam Respublikasının nüvə proqramına qarşı təhdidlərlə bağlı deyib: “İranın nüvə proqramının hərbi əməliyyatlarla aradan qalxmasının mümkün olmadığının bir neçə səbəbi var. Birinci səbəb odur ki, bu bizim nail olduğumuz bir texnologiyadır. Texnologiya beyinlərdə mövcuddur və onu bombalamaq mümkün deyil. İkincisi, İranın nüvə proqramı və nüvə obyektləri ölkənin müxtəlif bölgələrində yerləşir və lazımi şəkildə qorunur, əminik ki, onu məhv etmək mümkün deyil.”
İranın Xarici İşlər naziri İrana hücumun bölgədə geniş yayılmış alova çevrilə biləcəyinə işarə edərək deyib: “İran bunu etməyəcək, bu daha çox İsrailin istəyidir ki, regionun qalan ölkələrini müharibəyə cəlb etsin və Amerikanı müharibəyə sürükləsin. Amerikanı bölgədə müharibəyə sürükləmək İsrailin planıdır. Amerika regionda müharibəyə girərsə, son dərəcə həssas olacaq və bunu özləri də bilirlər.”
Əraqçi əlavə edib: “Düşünmürəm ki, kimsə Suriyada baş verən proseslərin birbaşa Türkiyə və bir neçə başqa ölkənin müdaxiləsi ilə olduğuna şübhə etsin. Ona görə də, Suriya ərazisinin geniş şəkildə işğal edilməsi, Suriyanın bütün müdafiə və elmi infrastrukturunun İsrail tərəfindən dağıdılması və mövcud olan bütün münaqişələr kimi indi ortaya çıxan problemlərdə təbii ki, məsuliyyət bu dəyişiklikləri və hadisələrdə əli olanların üzərinə düşür. Ancaq bu, bizim Türkiyə ilə ziddiyyət təşkil etdiyimiz anlamına gəlmir.”