Amerikalı respondentlərin 70 %-i hazırkı Prezident Cozef Baydenin ikinci müddətə namizəd olmasını istəmir. Əsas səbəblər arasında onun yaşını da qeyd ediblər.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə CNBC-nin ümum-Amerika iqtisadi sorğusunun nəticələrində əks olunub.
Eyni zamanda, respondentlərin 19 %-i hazırkı prezidenti dəstəkləməyə hazırdır.
Bundan başqa, sorğu iştirakçılarının 61 %-i keçmiş prezident Donald Trampın yenidən prezident seçilməsinə qarşı çıxıb.
Bununla belə, rəyi soruşulanların 30 %-nin fikrincə, sabiq prezident namizədliyini irəli sürməlidir.
Xatırladaq ki, Donald Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün ölkənin Federal Seçki Komissiyasına (FSK) ərizə yazıb.