Amerikalıların əksəriyyəti Baydeni Prezident kimi dəstəkləmir

Amerikalıların əksəriyyəti Baydeni Prezident kimi dəstəkləmir

ABŞ vətəndaşlarının 20 %-dən azı Cozef Baydeni Prezident kimi dəstəkləyir.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu, “New York Times”ın keçirdiyi sorğunun nəticəsində məlum olub.

Qeyd olunur ki, Bayden qeydə alınmış amerikalı seçicilərin cəmi 17 %-nin dəstəyinə malikdir. Üstəlik, 18-29 yaş arası gənclər arasında bu göstərici 8 %, 30-44 yaşlı vətəndaşlar arasında isə cəmi 7 % təşkil edib.

Araşdırma həmçinin göstərir ki, amerikalıların 61 %-i Baydeni dəstəkləmir. ABŞ vətəndaşlarının 65 %-i hesab edir ki, ABŞ öz inkişafında yanlış istiqamətdədir.

Xəbəri paylaş

VİDEOLAR