Amerikalı senatordan cinayətkar Netanyahuya qarşı sərt açıqlama

Amerikalı senatordan cinayətkar Netanyahuya qarşı sərt açıqlama

Müstəqil ABŞ senatoru Berni Sanders cümə axşamı səhər dünya ölkələrindən Livanda gərginliyin təhlükəli səviyyəyə çatmasına mane olmağa çağırdı.


“Əl-Cəzirə” kanalı Sandersdən sitat gətirib: “Netanyahu hökuməti İordan çayının qərb sahilində yüzlərlə fələstinlinin ölümünə səbəb olan zorakılıq dalğası başlatdı”.

Bu amerikalı senator bəyan edib ki, işğalçı İsrailin baş naziri Benyamin Netanyahunun Nazirlər Kabineti İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmaların genişləndirilməsinə nəzarət edir.

Sanders daha sonra deyib: "Netanyahu hakimiyyətdən yapışmaq və korrupsiyaya görə təqibdən qaçmaq üçün (Qəzza) müharibəsini uzadır!"

ABŞ senatoru son günlər 600-ə yaxın günahsız Livan vətəndaşının İsrail rejimi tərəfindən qətliam edilməsinə işarə edərək bildirib ki, dünya ölkələri Livanda gərginliyin daha qorxunc bir səviyyəyə gəlməməsi üçün hərəkətə keçməlidirlər!

Xəbəri paylaş

VİDEOLAR