Amerikalı senator: İran əleyhinə bütün sanksiyalar ləğv edilməlidir

Amerikalı senator: İran əleyhinə bütün sanksiyalar ləğv edilməlidir

Vermont əyalətinin demokrat senatoru və Demokrat Partiyasının prezident seçkilərindəki güclü ehtimal namizədlərindən Bernie Sanders açıqlama verib

Rasthaber Azərbaycan xəbər verir ki, Vermont əyalətinin demokrat senatoru və Demokrat Partiyasının prezident seçkilərindəki güclü ehtimal namizədlərindən Bernie Sanders, koronavirus pandemiyasına görə ABŞ-ın təktərəfli və qanunsuz sanksiyalarının ləğvini istəyib.

Sanders, Amerikanın İrana qarşı hər tip maliyyə və digər sanksiyalarını ləğv etməyə borclu olduğunu bildirib.

Senatorun bildirdiyinə görə, koronavirus dünyanın problemi olduğundan heç kəs bu problemdən sığortalanmayıb, sanksiyalar bu pandemiya ilə mübarizədə ciddi problemlər yaradır.

İranın koronavirusla mübarizə etdiyini qeyd edən Sanders sanksiyalara görə, koronavirusdan daha çox insanların ölməsinin qarşısının alınmasının vacib olduğunu deyib.

Xəbəri paylaş

VİDEOLAR