Amerikalı aktyor: Fələstinlilərin iki seçimi var: Çöldə ölmək və ya evdə ölmək

Amerikalı aktyor: Fələstinlilərin iki seçimi var: Çöldə ölmək və ya evdə ölmək

Amerikalı aktyor Mark Ruffalo sionist İsrailin Qəzzaya hücumu ilə bağlı deyib: "Bu gün fələstinlilərə təklif olunan seçim "Çöldə və ya evdə ölməkdir".

Az.rasthaber.com xəbər verir ki, Hulk filmindəki obrazı ilə də tanınan məşhur aktyor Ruffalo X sosial media hesabında İsraili qınayan paylaşım edib.

Ruffalo öz yazısında Qəzzalı uşaqların və Rəfahdakı insanların təcili yardıma ehtiyacı olduğuna diqqət çəkib; O qeyd edib ki, Rəfahda olanlar “konsentrasiya düşərgələrinə” göndərilib, burada baxımsızlıq və qəddarlığa məruz qalıblar.

Ruffalo deyib:

"Bu gün fələstinlilərə verilən seçim "Ya çöldə öl, ya da evdə öl"dür".

Sionist İsrail ordusu dünən səhər saatlarında Rəfah bölgəsinə qurudan hücuma keçərək Qəzzanın Rəfah Sərhəd Qapısının Misirə açılan Fələstin tərəfini ələ keçirdiklərini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR