Bunu SEPAH-ın Briqada generalı pasdar Məhəmməd Hecazi deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, SEPAH-ın briqada generalı həmçinin Qüds briqadasının komandan əvəzi pasdar Məhəmməd Hecazi Amerikanın bölgədəki son hərbi hərəkətlərinə işarə ilə qeyd edib ki, bu hərəkətlər regionu alovlandıra bilər.
Sepah-ın Qüds qüvvələrinin komandan əvəzi Livan Hizbullahı baş katibinin müqavimət mehvəri barədəki son sözləri haqda isə bildirib ki, Qüds qüvvələrinin mövqeyi, elə Seyyid Həsən Nəsrullahın mövqeyidir.
Livan Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah bazar günü gecə müqavimət sərkərdələrinin şəhadətlərinin ildönümü günündə etdiyi çıxışında amerikanlar, sionistlər və onların müttəfiqlərnə xitabən "Siz müqavimət sərkərdələrini terror edərkən xalqların oyanışı daha geniş miqyas alır və haqqa sədaqət artır", -deyə bildirib.