“Freebeacon” xəbər saytı bir hesabatda Ağ Evin İranın bloklanmış mənbələrindən daha 10 milyard dolları azad etməyi nəzərdən keçirdiyini iddia edib.
Az.rasthaber.com xəbər verir ki, Amerikanın “Freebeacon” saytı ABŞ prezidenti Co Bayden administrasiyasının yəqin ki, bu gün sanksiyalardan azad olunmasını təsdiqləyəcəyini yazıb. Buna əsasən, İran İraqda bloklanmış aktivlərinin ən azı 10 milyard dollarına çıxış əldə edəcək.
Qeyd edək ki, bundan əvvəl Bayden administrasiyası Cənubi Koreyada bloklanan 6 milyard dollarlıq İran fondunu sərbəst buraxmışdı.