Alparslan Kuytul azad olundu

Alparslan Kuytul azad olundu

Adana "Furqan" Təhsil və Xidmət Fonduna qarşı istintaq çərçivəsində həbs olunan Alparslan Kuytul azad olunub

 Ötən ilin yanvar ayında Adana Prokurorunun "vəqf, icma fəaliyyəti adı altında təsis etmə hədəflərinə zidd, Konstutusiyaya qarşı fikir və hərəkət birliyi içində addım ataraq ictimai təhlükəsizliyə qarşı fəaliyyət etmək və cinayətkar qruplaşma" ittihamı ilə məhkəməyə çıxarılan və həbs edilən "Furqan" vəqfinin rəhbəri Alparslan Kuytul bu gün 4-cü Cəza Məhkəməsində azad olunub.

Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda rəhbəri olduğu qurumun tvitter səhifəsində məlumat yayılıb.

"Furqan Təhsil və Xidmət Vəqfi" Türkiyədə bir ildə 200 mindən çox insanın iştirak etdiyi 100-dən çox konfrans və tədbir təşkil etmişdir. İnternet üzərindən sosial şəbəkə və saytlar vasitəsilə videomüraciət və təfsir dərsləri keçirilirdi. İlahiyyatçı Alparslan Kuytul  "Furqan Nəsli Jurnalı"nın baş yazarıdır.

Alparlsan Kuytul özü həbsinin səbəbini AKP hökümətinə qarşı çıxışlar etməsilə əlaqələndirmişdi.

Xəbəri paylaş

VİDEOLAR