Almanlar Rusiyanın yaxınlığıda hərbi baza inşa edirlər

Almanlar Rusiyanın yaxınlığıda hərbi baza inşa edirlər

Litvada Almnaniyanın hərbi bazası tikilir.

Az.rasthaber.com xəbər verir ki, bu, İkinci Dünya müharibəsindən Almaniyanın xaricdəki ilk adimi hərbi bazası olacaq.

Həmin baza Litva-Belarus dövlət sərhədinin yaxınlığında yerləşəcək. Bazada minlərlə alman əsgərinin yerləşdirilə biləcəyi kazarmalar inşa edilir.

Bazanın tikintisinin 2027-ci ilə qədər başa çatdırılması gözlənilir.

Alman hərbçilərinin Litvada yerləşdirilməsi Almaniyaya təxminən 11 milyard dollara başa gələcək - 4 milyard avro zirehli texnikaların alışına, 6 milyard avro infrastruktur və digər xərclərə, 1 milyard avro isə illik əməliyyatlara sərf ediləcək.

İki ölkə müdafiə nazirləri arasında imzalanmış fəaliyyət planına əsasən, alman hərbçilər 2025-2026-cı illərdən bazaya gəlməyə başlayacaqlar. Buradan ailələri ilə birlikdə 5 min Almaniya hərbçisinin yerləşdiriləcəyi gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR