Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırmaq qərarını daha 9 ay uzadıb.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırmaq qərarını daha 9 ay uzadıb.
Almaniyadakı "DPA" xəbər agentliyi bir hökumət sözçüsünə əsaslanaraq bildirib ki, Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah ixracını dayandırmaq qərarını 31 dekabr 2020-ci ilə qədər daha 9 ay uzadır.
"Prinsip olaraq Səudiyyə Ərəbistanı üçün 31 dekabr 2020-ci ilə qədər ediləcək yeni müraciətlər təsdiqlənməyəcək" ifadəsini işlədən sözçü ayrıca bu tarixədək təsdiqlənmiş mövcud silah ixracı müraciətlərilə əlaqədar tədarükün çatdırılmasının bu vaxta qədər dayandırılacağını qeyd edib.
Səudiyyəli jurnalist Camal Xaşoqçinin öldürülməsi səbəbindən Səudiyyə Ərəbistanına silah ixracatını 2018-ci ilin noyabr ayında dayandıran Almaniya hökuməti son qərarı 30 mart 2019-cu il 31 mart 2020-ci ilə qədər uzatmışdı.
Digər tərəfdən hakim partiya Xristian Birliyi (CDU/CSU) partiyaları ilə Sosial Demokrat Partiyası (SPD) arasındakı koalisiya protokolunda "Yəməndəki müharibədə tərəf olanlara satıla bilməz" maddəsi yer alıb.