Almaniyada ötən il məscidlərə edilən hücumlarla bağlı 62 fakt qeydə alınıb

Almaniyada ötən il məscidlərə edilən hücumlarla bağlı 62 fakt qeydə alınıb

2022-ci ilin hesabatının nəticələrinə görə, Almaniyada məscidlərə edilən hücumlarla bağlı 62-dən çox hadisə qeydə alınıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Almaniya Cinayətkarlığın Qarşısının Alınması Agentliyi 2022-ci il üçün ölkədə məscidlərə edilən hücumların sayına dair illik hesabatını dərc edib. Onun nəticələrinə görə, bu il ərzində məscidlərə qarşı 62 hücum hadisəsi qeydə alınıb.

2021-ci ildə məscidlərə 54 hücum edilib. Bu statiska ilə müqyisədə onun 14% artdığını görürük.

Bu hesabat göstərir ki, bu hücumların əksəriyyəti ifratçı sağa mənsub şəxslər və ya qruplar tərəfindən həyata keçirilib.

Almaniya Müsəlmanları Mərkəzi Şurası da öz növbəsində müvafiq təşkilatlara bildirilməyən halların olması səbəbindən illik hesabatda qeyd olunanların faktiki hallardan az olduğunu açıqlayıb.

Əl-Əzhər ifratçılıqla mübarizə təşkilatı bundan əvvəl müsəlmanlara və onların müqəddəs yerlərinə qarşı ifratçı sağçıların hücumlarının artmasının monitorinqinin zəruriliyi ilə bağlı bir neçə hesabat dərc edib.

Xəbəri paylaş

VİDEOLAR