Almaniyada keçirilən parlament seçkilərində SPD 25,7% səs toplayaraq qalib gəlib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Almaniyada keçirilən parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası (SPD) 25,7% səs toplayaraq qalib gəlib.
“Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı” (XDİ/XSİ) bloku ikinci yerdə qərarlaşıb - 24,1 faiz. Bu, mühafizəkarların ən pis göstəricisidir.
Onun ardınca “Yaşıllar” (14,8 faiz), Azad Demokratik Partiyası (AzDP, 11,5 faiz), Almaniya üçün Alternativ (AfD, 10.3 faiz) və “Solçular” (4,9 faiz) gəlir.
SPD-dən baş nazirliyə namizəd Olaf Şolz qələbə nitqində "Nəticələr seçicilərin məni baş nazir görmək istədiyini göstərir. İlin sonuna qədər yeni bir hökumət qurmaq üçün əlimdən gələni edəcəyəm" deyib.
Seçkilərin rəsmi nəticəsinin elan edilməsindən sonra formalaşacaq koalisiya hökuməti diqqət mərkəzində olacaq.