Almaniyada İranın 3 şəhərdəki konsulluğu bağlandı

Almaniyada İranın 3 şəhərdəki konsulluğu bağlandı

Almaniya İranın Almaniya vətəndaşı Cəmşid Şarmehdinin edam edilməsinə reaksiya olaraq, Frankfurt, Münhen və Hamburqdakı baş konsulluqlarını bağlamaq qərarına gəlib

Rasthaber Azərbaycan xəbər verir ki,  Almaniyanın xarici işlər naziri Annalena Berbok Nyu-Yorkda verdiyi açıqlamada, bu məsələyə dair ciddi narahatlıqlarını ifadə edib.

Annalena Berkok Almaniya vətəndaşının edam edilməsinin ciddi nəticələrə yol açacağına dair Tehrana dəfələrlə xəbərdarlıq etdiklərini bildirib.

"Bu səbəbdən İranın Frankfurt, Münhen və Hamburqdakı baş konsulluqlarını bağlamaq qərarına gəldim",-deyə Annalena Berbok vurğulayıb.

Bununla yanaşı, A.Berbok Almaniyanın İrandakı səfirliyinin fəaliyyətini davam etdirəcəyini qeyd edib. O, bildirib ki, səfirliyin bağlanması belə rejimlərə edə biləcəyimiz ən böyük yaxşılıq olardı.

Qeyd edək ki, İranın Almaniyadakı səfirliyi də fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Cəmşid Şarmehdi İranda terror aktı törətməkdə təqsirli bilinərək 4 il həbsdən sonra edam edilib.

Xəbəri paylaş

VİDEOLAR