Almaniya və Avstriyanın Tehrandakı nümayəndəliklərinin rəhbərləri Qərbi Avropa məsələləri üzrə baş direktor tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb
Rasthaber Azərbaycan İRNA-ya istinadən xəbər verir ki, Almaniya və Avstriyanın təcavüzkar sionist rejimin cəzalandırılmasında ölkəmizin qanuni, məsuliyyətli və təsirli reaksiyasına etiraz olaraq İran nümayəndə heyətlərinin başçılarını çağırması ilə bağlı qəbuledilməz hərəkətinin ardınca, Almaniya səfiri Markus Potsel və Avstriya səfiri Ditrix Heim ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-nin Qərbi Avropa məsələləri üzrə baş direktoru bu görüşdə İran İslam Respublikasının öz təhlükəsizliyini müdafiə etməkdə tam qərarlı olduğunu bəyan edərək deyib: “İran silahlı qüvvələrinin hərəkəti Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan qanuni müdafiə prinsipinə uyğun olaraq və regionda sabit təhlükəsizliyin yaradılması və qorunmasına kömək etmək məqsədilə iki ay təmkin göstərdikdən sonra həyata keçirilib.”