Almaniya uşaq qatili İsrailə silah ixracını 10 dəfə artırıb.
Az.rasthaber.com xəbər verir ki, bu il Almaniyanın sionist İsrailə silah və hərbi texnika ixracı üçün verdiyi icazələrdə rekord artım olub.
İqtisadiyyat Nazirliyinin məlumatlarına görə, 2022-ci ildə 32 milyon avro ixrac təsdiqi verildiyi halda, bu il ixrac həcmi artıq 303 milyon avroya çatıb. Belə ki, noyabrın 2-nə İsrailə silah və hərbi texnika ixracının həcmi təxminən 10 dəfə artıb.
Nazirliyin açıqlamasında 7 oktyabr hücumundan sonra 185 müraciətə baxıldığı bildirilib. Bildirilib ki, noyabrın 2-nə bu il baxılmış ümumilikdə 218 müraciət təsdiqlənib. Müharibə silahları üçün verilən ixrac icazələrinin həcminin təqribən 19 milyon avro olduğu, silah və digər partlayıcı maddələr də daxil olmaqla, hərbi radar və kommunikasiya texnologiyaları və digər hərbi müdafiə məhsulları üçün təsdiqlərin ümumi dəyərinin 248 milyon avroya çatdığı bildirilib.