Almaniya səfiri Türkiyə XİN-ə çağırılıb

Almaniya səfiri Türkiyə XİN-ə çağırılıb

Almaniyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Az.rasthaber.com türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Almaniya polisinin türk jurnalistləri saxlamasıdır.

Türkiyə Xarici İşlər Nazirliyi “Sabah” qəzetinin Frankfurt bürosu nümayəndələrinin Almaniya polisi tərəfindən əsassız olaraq saxlanılmasını kəskin şəkildə pisləyib.

Nazirlikdən mövzu ilə bağlı verilən yazılı açıqlamada deyilir: “Sabah” qəzetinin Frankfurt bürosu nümayəndələrinin Almaniya polisi tərəfindən əsassız olaraq saxlanılması Türkiyə mətbuatına qarşı hədə-qorxu aktıdır. Biz bu iyrənc hərəkəti qətiyyətlə pisləyirik. Terror təşkilatı FETÖ-nün Almaniyadakı fəaliyyətləri ilə bağlı xəbər yaydıqları üçün hədəf alınan jurnalistlərin dərhal azadlığa buraxılmasını gözləyirik''.

Xəbəri paylaş

VİDEOLAR