Almaniya Federal Respublikasında nüvə silahından istifadə ilə hərbi əməliyyatların məşqi üzrə “Sarsılmaz Günorta” adlı gizli təlimlər keçirilib.
Rasthaber Azərbaycan Almaniya mediasına istinadən xəbər verir ki, təlimlər atom bombasından istifadə ilə Almaniya müdafiəsinin məşqi üçün təşkil edilib. Təlimlərdə nüvə silahını daşıyan bilən qırıcı-bombardmançılardan istifadə edilib.
Qeyd edilir ki, təlim Şimali Reyn – Vestfaliya torpağındakı Nerfenix aviabazasında keçirilib. Təlimlərdə Almaniya HHQ və NATO-dan olan müttəfiq ölkələr də iştirak edib.
Jurnalistlər həmçinin bildirirlər ki, ABŞ-ın Orta və Aşağı Mənzilli Raketlərin Məhvi Sazişindən (OAMRMS) çıxmasına görə hazırda nüvə müharibəsinin başlama riski son 30 ilin ən yüksək həddindədir.
Xatırladaq ki, Rusiya və ABŞ arasındakı OAMRMS ABŞ tərəfinin təşəbbüsü ilə 2019-cu il 2 avqustda dayandırılıb.