Almaniya hökümətindən Hizbullahın fəaliyyətinə qadağa

Almaniya hökümətindən Hizbullahın fəaliyyətinə qadağa

Alman polisi müxtəlif əyalətlərdə Hizbullah qruplarına qarşı əməliyyatlar həyata keçirməyə başlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Almaniyanın Daxili İşlər naziri Horst Seehofer Hizbullahın Almaniyada fəaliyyətinin qadağan edildiyini açıqlayıb.

Çərşənbə axşamı səhər saatlarından Alman polisi müxtəlif əyalətlərdə Hizbullah qruplarına qarşı əməliyyatlar həyata keçirməyə başlayıb.

Bild qəzetinin xəbərinə görə, Almaniya DİN Hizbullahın “İsrail dövlətinin yox edilməsini” hədəflədiyinə görə fəaliyyətinə qadağa qərarı verib.

Polis Hizbullaha aid olmaqda ittiham olunan dörd məscid və dərnəyə bu səhər əməliyyat keçirib. Əməliyyatlar Berlində Əl-İrşad məscidi, Bremendə Əl-Mustafa camaatı, Münsterdə İmam Mehdi Mərkəzi və Dortmunda Livanlı miqrantlar camaatı adlı dərnəklərdə həyata keçirilib və  Hizbullah üzvlərinin görüş yeri olduğu bildirilib. Təhlükəsizlik gücləri Almaniyada Hizbullah üzvlərinin sayının təxminən mindən çox olduğu qənaətindədir.

Xəbəri paylaş

VİDEOLAR