Alman şirkəti Puma-dan İsrail ilə bağlı QƏRAR

Alman şirkəti Puma-dan İsrail ilə bağlı QƏRAR

Almaniyada yerləşən idman geyimləri nəhəngi Puma-nın İsrail Futbol Komandası ilə sponsorluq müqaviləsini ləğv etmək qərarına gəldiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Almaniyanın idman geyim markası “Puma” İsrail Futbol Komandasına verdiyi sponsorluqdan əl çəkib.

Şirkət razılaşmanın tamamilə işgüzar və maliyyə səbəblərinə görə ləğv edildiyini, Fələstinlə müharibə nəticəsində istehlakçılardan İsraili boykot etmə çağırışlarının qərarda rol oynamadığını bildirib. Qərarın bir il əvvəl alındığını qeyd edən Puma, İsrail Futbol Federasiyası ilə sponsorluq müqaviləsini yeniləməyəcəklərini bildirib.

Puma ilə İsrail Futbol Federasiyası arasında 2018-ci ildə imzalanan müqavilə İsraili boykot etməyə çağıranların reaksiyasına səbəb olub.

Yalnız İsrail Komandasına sponsorluq etdiyini iddia edən Pumanın Avropadakı bəzi mağazaları da Fələstin tərəfdarı qrupların hədəfində olub.

Xəbəri paylaş

VİDEOLAR