Alman hərbçiləri Nigeri tam tərk etdi

Alman hərbçiləri Nigeri tam tərk etdi

Nigerdəki Almaniya hərbçilərinin hamısı bu ölkəni tərk edib.

Az.rasthaber.om xəbər verir ki, bu barədə paytaxt Niameydəki tədbir zamanı Niger və Almaniya ordularının ali rütbəli nümayəndələri Mamane Sani Kiau və Karsten Ştruss bildirib.

Beləliklə də, Almaniya hərbçilərinin Nigerdən çıxarılması prosesi 30 avqustda tam başa çatıb.

Bu proses iki ölkə arasında əldə edilmiş qarşılıqlı razılıq əsasında baş tutub.

Xəbəri paylaş

VİDEOLAR