Alman aviaşirkət gələn aydan uçuşlara başlayır

Alman aviaşirkət gələn aydan uçuşlara başlayır

Almaniyanın Lufthansa aviaşirkətindən verilən məlumata görə...

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Almaniyanın Lufthansa aviaşirkəti Almaniya və Avropada 106 istiqamətə uçuşları iyun ayından bərpa edəcəyini açıqladı.

  Şirkətdən verilən məlumata görə, Lufthansa “SWISS” və “Eurowings”in korona virusuna (Covid-19) görə ləğv edilmiş 106 xətt üzrə uçuşlarını artıq müntəqəm bərpa edəcək. Almaniya və Avropanın digər ölkələrində “Covid-19” məhdudiyyətləri tədricən aradan qaldırıldıqdan sonra isə Lufthansa hava yolu şirkəti müştərilərin artan tələbatına uyğun olaraq iyun ayında ən az 160 sərnişin təyyarəsini xəttə buraxacaq.  

  Sərnişinlər uçuş zamanı da maska taxmağa davam etməli, karantin qaydalarını nəzərə almalıdır.

  Hal-hazırda Luftansa Türkiyəyə nizamlı uçuşlara da təkrar başlama mərhələsini müzakirə edir və gələn həftə qərar verəcək.

Xəbəri paylaş

VİDEOLAR