“Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması məsələsində qarşılıqlı anlaşma əldə edilib, lakin aydınlaşdırılmalı olan texniki məsələlər qalır”.
Az.Rasthaber.com TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması ilə bağlı ümumi məsələlərdə qarşılıqlı anlaşma və mövcud problemlər texniki xarakter daşıyır: “Biz bütün yolların açılmasının tərəfdarıyıq”.