8.01.2020 09:19:54
Bağdadın şimalında olan və Amerika əsgərlərinin yerləşdiyi Et-Taci bölgəsindəki bir hərbi baza raket atəşinə tutulub.
APA xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.
Məlumata görə, bazaya beş raket atılıb. Digər təfərrüatlar və İraq rəsmilərinin bununla bağlı rəsmi reaksiyası hələ açıqlanmayıb.
Bildirilir ki, ABŞ hərbi helikopterləri İraq paytaxtının səmasında patrul səddi çəkirlər. Onlar daha çox ABŞ səfirliyinin yerləşdiyi “yaşıl zona” üzərində mühafizə tədbirləri aparırlar.