Aİ nümayəndəsi: İsrailin hücumları qəbuledilməzdir!

Aİ nümayəndəsi: İsrailin hücumları qəbuledilməzdir!

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell X hesabında işğalçı İsrailin qurudan hücuma keçdiyi Qəzzanın Rəfah bölgəsi ilə bağlı paylaşım edib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin beynəlxalq hüquqa görə mülki şəxslərin təhlükəsizliyini təmin etmək məcburiyyətində olduğunu bildirən Borrell, “Mülki şəxslərin Rəfahın təhlükəli bölgələrinə getməyə məcbur edilməsi qəbuledilməzdir” deyib.

İşğalçı İsrailə "Rəfəha qurudan hücum etməməyə" çağırışını təkrarlayan Borrell deyib: "Bu, onsuz da ağır olan humanitar böhranı daha da pisləşdirəcək".

Xəbəri paylaş

VİDEOLAR