Nyu Yorkda aralarında Apple və Rolex-in olduğu dükanlar talan edilib və şəhərdə tətbiq edilmiş komendant saatı çərşənbə axşamınadək artırılıb.
Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, ABŞ-da bazar ertəsi yerli vaxtla səhər saat 11-də komendant saatı olmasına baxmayaraq məşhur dükanların yerləşdiyi Manhetten bölgəsində talan davam edib.
Yerli medianın məlumatına görə, məşhur saat markası Rolex, idman geyim markası Lululemon, Chanel və Apple mağazaları qarət edilib.
New York Times bildirir ki, bazar günü gecə 400-dən çox şəxs talan və oğurluq etdiyi üçün həbs olunub.
Nyu-York valisi Andrew Cuomo da bəzi "haqlı dinc etirazların" bəziləri tərəfindən "cinayət üçün sui-istifadə edildiyini" iddia edib.
Cuomo bu insanlara güzəştə gedilməyəcəyini bildirib.
Nyu York meri Bill de Blasio da komendant saatının çərşənbə axşamı da tətbiq ediləcəyini, bu dəfə axşam saat 8-dən tətbiq olunacağını bildirib.
Sosial mediada talanla əlaqəli bir çox videoqeydlər var.
Biden Trump-ı xalqa qarşı ordudan istifadə etməkdə günahlandırıb
ABŞ-da 3 noyabr prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd Joe Biden Prezident Trumpı öz xalqına qarşı ordudan istifadə etməkdə günahlandırıb.
77 yaşlı Biden bunların hamısıınn Trump-ın kilsəyə baş çəkmək üçün din etirazlara bibər qazı və plastik mərmi atıldığını bildirib.
Joe biden bütün bunların kilsədə şəkil çəkdirmək üçün edildiyini bildirib. O, "övladlarımız üçün, ölkəmizin ruhu üçün ona qalib gəlməliyik. Bunu ürəkdən deyirəm: Ancaq birlikdə olsaq, bacara bilərik" deyib.
"Bunlar bir prezidentin yox, diktatorun sözləridir"
ABŞ-da Demokratların prezidentliyə namizədi olmaq üçün cəhd göstərmiş senator Kamala Harris Donald Trump-ın xalqa müraciətindən sonra sosial mediadakı paylaşımında "bunlar bir prezidentin yox, diktatorun sözləridir" deyib.
ABŞ Prezidenti Donald Trump "qiyam və qanunsuzluqla" mübarizə aparmaq üçün lazım olduğu qədər milli qvardiyaçıya göstəriş veriləcəyini açıqlayıb.
"Əgər şəhərlər və əyalətlər vətəndaşın həyatını və əmlakını qorumaq üçün hərəkətə keçməzsə, mən təcili Amerika ordusunu dövrəyə keçirəcəm, beləliklə də problemi yerindəcə həll edəcəm", - Trump deyib.
Budde Trump-ı kilsəni "dekorasiya" kimi istifadə etməkdə ittiham edir
ABŞ Prezidenti Donald Trump orduya tapşırıq verdiyini açıqladıqdan sonra Ağ Evin qarşısındakı kilsəyə gedib və burada müqəddəs kitabla poza verib. Bu bölgənin yepiskopu Mariann Budde Trump-ı kilsəni "bəzək" kimi istifadə etməkdə günahlandırıb.
Washington Post qəzetinə danışan Budde "Çox əsəbiləşdim. Kilsəmizi bəzək kimi istifadə etmək üçün gözyaşardıcı qazla yerləri boşaldacaqlarını da bildirmədilər".
Lafayette parkında toplaşan etirazçılar Trumpın nitqindən bir qədər əvvəl bibər qazı və plastik güllələrlə ərazidən çıxarılıb.
Yepiskom Mariann Budde Trumpı zorakılığı qızışdırmaqda günahlandırıb və "Prezident Trump-ın müqəddəs John kilsəsi adından çıxış etməsini istəmədiyini" bildirib.
Trump çıxışını bitirməzdən əvvəl "indi ehtiramımı göstərmək üçün çox xüsusi bir yerə gedirəm" demişdi.
CNN: New York qubernatoru Cuomo Trump-ın müdaxilə təklifini "Xeyr, təşəkkür edirəm" deyə rədd edib
New York qubernatoru Andrew Cuomo ABŞ Prezidenti Donald Trump-ın etirazların qarşısını almaq üçün ordudan dəstək almaq təklifini "Xeyr, təşəkkür edirəm" deyərək rədd edib.
Cuomo CNN-ə verdiyi açıqlamada etirazçılar arasında "təxribatçıların olduğunu", ancaq bu şəxslərin "azlıqda" olduqlarını deyib.
O, "talan və cinayətə qarşı tolenrantlıq göstərilməməli olduğunu, asayiş keşikçiləri tərəfindən onların zərərsizləşdirilməli olduğunu, lakin bu məqamda onların etirazçıların arasına qarışdıqlarını" deyib.
New York qubernatoru "Ancaq Prezident bu gün açıqlamasında Amerikan ordusunu Amerika vətəndaşının üzərinə göndərmək"dən danışdı.
Cuomo Washington-dakı etirazçıların " saylarının az, özlərinin isə dinc olduqlarını" bildirərək, "gəncdirlər, bir çoxu (George) Floyd cinayətində gördüklərindən narahat olan, ki olmalılar da, Washington-dakı ağlardan təşkil olunmuş izdiham" olduğunu deyib.
Washington-da küçəyə çıxmağın qadağan edilməsinə rəğmən etirazlar davam edir
ABŞ Prezidenti Donald Trump George Floyd-un polis nəzarətində ikən öldürülməsindən sonra ölkdə yayılan etirazların qarşısını almaq üçün Washington DC-də bazar ertəsi günü yerli vaxtla saat 19:00-dan etibaren "çox sərt küçəyə çıxma qadağasının tətbiq ediləcəyini bildirib".
Trump-ın açıqlamasından bir qədər sonra küçəyə çıxma qadağası tətbiq olunub. Ancaq etirazçılar küçələrdən yığışmayıblar. Ağ saray yaxınlığındakı etirazlar da davam edir.
Washington DC-yə 5 əyalətdən 800 nəfər Milli Qvardiyaçı göndərilib.
Bir məmur "şəhərdə təhlükəsizliyin təmin edilməsi üçün və axşam əmin-amanlığın bərpa olunduğundan əmin olmaq üçün" 800 nəfər milli qvardiyaçı tələb olunduğunu bildirib.
Həmin şəxs "Trump-ın icazə verməsi nəticəsindən həmin qvardiyaçıların öldürücü silahlar gəzdirəbiləcəyini" deyib.
Washington-da ümumilikdə 1200 Milli Qvardiyaçı işə çağırılıb.
Trump öz çıxışında "paytaxt Washington-u qorumaq üçün tez və qərarlı addım atıram. Dünən gecə şəhərdə baş verənlər utandırıcıdır" demişdi.
Ağ saray yaxınlığında toplaşmış etirazçıları polis bibər qazı və eeüzin güllələrlə uzaqlaşdırdığı zaman Trump "qiyam və qanunsuzluqla mübarizə aparmaq üçün lazım olduğu qədər qvardiyaçı cəlb edəcəyini bildirib.
Trump "hər qubernatora küçələri idarə edə bilmək üçün yetəri qədər Milli Qvardiyaçını işə cəlb etməyi məsləhət görürəm. Əgər şəhər və əyalətlər yaşayanların həyatını və əmlakını qorumaq üçün hərəkətə keçməzsə, mən Amerika ordusuna əmr verəcəm, beləliklə də problemi yerindəcə onların yerinə həll etmiş olacam" deyib.
Çıxışının əvvəlində George Floydun ölümü ilə bağlı ədalətin təmin olunacağını bildirən Trump etirazların gəldiyi nöqtə ilə bağlı "bunlar dinc etiraz yox, ölkə içi terrordur" deyib.
George Floydun cinayət nəticəsində öldüyü rəsmi təsdiqlənib
Reuters xəbər agentliyinin yerli televiziyaya istinadən verdiyi məlumata görə, Corc Floydun "qətl" nəticəsində öldüyü rəsmi autopsiya hesabatına da daxil edilib.
Mətbuata sızan xəbərə görə, Floydun boynundakı təzyiq nəticəsində qan axınının azaldığı və buna görə qəfil ürək tutması nəticəsində öldüyü iddia edilir.
Ailəsinin vəkili Benjamin Crump Floydun iyunun 9-da ailəsinin yaşadığı Texasın Hyuston şəhərində dəfn olunacağını bildirib.
Benjamin Crump cümə axşamı günü George Floyd-un yaşadığı Minneapolis və şənbə günü isə onun doğulduğu Şimali Carolina-da anım mərasimi düzənlənəcək.
46 yaşlı George Floyd mayın 25-də həbs edilərkən ölüb. Hadisəni təsvir edən videoda Floyd-un boğazını dizi ilə yerə sıxan polis əməkdaşını görmək olar. Floyd dəfələrlə nəfəs ala bilmədiyini deyir.
Polisə əsasən, saxta pulun istifadəsiylə bağlı xəbəri yoxlayan polislər Floyd-a yaxınlaşarkən müqavimətlə üzləşiblər. Hadisə ilə əlaqədar işdən çıxarılan dörd polis işçisindən biri həbs edilib.
Lakin həbs və araşdırma barədə xəbərlər etirazları dayandırmayıb. Küçələrə çıxan sakinlər həbsdə iştirak edən daha üç polisin məsuliyyətə cəlb olunmasını tələb edirlər.