Ağ Ev bildirib ki, İran işğalçı İsrailin cavab tədbirinə qarşılıq verməməlidir, amma əgər İsrailə hücum edilsə, ABŞ yəhudi dövlətini dəstəkləyəcək.
“İran İsrailin cavab tədbirinə cavab verməməlidir. Bunu etməməlidirlər. Əgər bunu etsələr, biz İsraili müdafiə etməklə dəstəkləyəcəyik, amma onlar buna getməməlidirlər”, - ABŞ rəsmisi vurğulayıb.
Qeyd edək ki, ABŞ İranın İsrailə endirdiyi zərbələr zamanı da İsraili müdafiə etməyə çalışırdı. Amma İranın raketlərinin əksəriyyəti İsrailin müdafiə sistemini yararaq, hədəfi uğurla məhv etmişdi.