Ağ dəbilqəlilərin İdlibdə saxta video çəkilişləri bitdi

Ağ dəbilqəlilərin İdlibdə saxta video çəkilişləri bitdi

"Ağ dəbilqəlilər” təşkilatı İdlibdə yeni təxribatlara hazırlaşır

Rasthaber Azərbaycan xəbər verir ki, Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzi “Ağ dəbilqəlilər” təşkilatının terrorçularla birgə İdlibdə saxta çəkilişlər həyata keçirdiyini açıqlayıb.

Zarba qəsəbəsində çəkilən videolar və fotolar İdlibdə terrorçuları zülmə məruz qalan və qarşı tərəfi qaniçən göstərmək üçün nəzərdə tutulub.

Terrorçuların dəstəyilə "Ağ dəbilqəli"lər yeni saxta videosunda Rusiya və Suriya hökümətinin kimyəvi silahdan istifadə etməsi əks olunması gözlənilir. Bu haqda Rusiya mediası məlumat verib.

Rusiya və Suriya tərəfi dəfələrlə bu təşkilatın qarşı tərəfi kimyəvi silahdan istifadə etmək üçün  və digər təxribatdolu videolar çəkməkdə ittiham edib və sübutlar ortaya qoyub.

Rusiya tərəfi dəfələrlə bildirib ki, Suriya hakimiyyəti müntəzəm olaraq Birləşmiş Millətlər Təşkilatına “Ağ dəbilqəlilər”in terrorçularla birlikdə ölkədə kimyəvi silahdan istifadə etməklə təxribatlar törədəcəyi barədə məlumat verir. Bu məlumat öz təsdiqini tapmaqdadır. Məlumdur ki, onların məqsədi Suriyada sülh prosesini pozmaqdır.

Xəbəri paylaş

VİDEOLAR