28.08.2024 13:05:17
Afrikada meymunçiçəyinə yoluxanların sayı artmaqdadır.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Afrika İttifaqının Tibbi Xidməti məlumat yayıb.
Qeyd edilib ki, yoluxma hallarının sayı 22,8 minə çatıb.
İndiyədək 622 nəfər meymunçiçəyi xəstəliyindən vəfat edib.
Son bir həftədə isə yoluxanların sayı 2 dəfə artıb.
15 yaşa qədərki uşaqlar və yeniyetmələr bu xəstəliyə qarşı ən həssas olan şəxslərdir.