1.06.2021 15:15:17
Uqandada Nəqliyyat nazirinə sui-qəsd həyata keçirilib
Uqandada Nəqliyyat naziri Katumba Vamalaya sui-qəsd həyata keçirilib.
Rasthaber Azərbaycan xəbər verir ki, naməlum şəxslər nazirin maşınına atəş açıblar.
Nəticədə nazir yaralanıb, maşında olan nazirin qızı və sürücü həyatını itiriblər.
Əraziyə ordu və polis qüvvələri cəlb edilib, araşdırma aparılır.