AEBA rəhbərinin İrana səfəri gözlənilir

AEBA rəhbərinin İrana səfəri gözlənilir

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) rəhbəri Rafael Qrossinin yaxın zaman İrana səfərini gözləyirik, lakin onun gəlişi üçün texniki baza hazırlamaq lazımdır.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Bildirilib ki, İran və AEBA arasında dialoq davam edir.

Qeyd edək ki, Rafael Qrossi bu il yanvarın sonunda yenidən Tehrana səfər edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, bu səfər fevralda baş tuta bilər.

Xatırladaq ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar.

Xəbəri paylaş

VİDEOLAR