ADR Partiyasının fəalı inzibati həbsə məhkum olunub

ADR Partiyasının fəalı inzibati həbsə məhkum olunub

Fevralın 10-da Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Gənclər Təşkilatının fəalı Əyyub Çələbinin saxlanıldığı bildirilir.

Rasthaber Azərbaycan xəbər verir ki, Əyyub Çələbinin atası ADR Partiyasının Səbail rayon təşkilatının sədri Xəyyam Çələbi Amerikanın Səsinə deyib ki, oğlu həyətlərindəki mağazadan çörək almaq üçün gedib və geri qayıtmayıb.

“Qonşulardan öyrəndim ki, oğlumu evimizin həyətində üç nəfər mülki geyimli şəxs saxlayaraq avtomobillərinə oturdub aparıb. Müxtəlif mənbələrə baş vurduqdan sonra onun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı məlum oldu. 23 yaşlı oğlum Əyyub bəyin ürəyində qüsur (parok) olduğu üçün əsgərliyə aparılmadığını qeyd etmək istəyirəm”, o qeyd edib.

Ata Bakı şəhər Baş Polis İdarəsində olub və oğlunun taleyi ilə bağlı hər hansı məlumat ala bilməyib. Yalnız Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində ona şifahi olaraq bildirblər ki, oğlu hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

“Polis bölməsinin əməkdaşı dedi ki, arxayın ola bilərsiniz, oğlunuz sağdır. O hüquq mühafizə orqanlarındadır. O cinayət işi ilə bağlı saxlanılmayıb. Sabah sizə zəng olunacaq”, Xəyyam Çələbi qeyd edib.

O oğlunun saxlanılmasının siyasi olduğunu deyib.  

“Bu siyasi safarişdir. Oğlumu mənə görə saxlayıblar. Bu mənim siyasi fəaliyyətimlə bağlıdır. Mən birinci qrup Qarabağ müharibəsinin əliliyəm. Hər iki ayağım yoxdur. Bu səbəbdən mənə cəza verə bilmirlər. Təzyiq kimi oğlumu cəzalandırırlar. Ola bilər ki, oğlum da tənqidi yazı yazıb. O yazdığı yazıları, hətta ondan sərt yazıları hər kəs yazır”, Xəyyam Çələbi qeyd edib.  

 

Xatırladaq ki, ADR Partiyasının sədri Qubad İbadoğlu 2023-cü il iyulun 24-də həbs edilib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

ADR sədrinin həbsindən sonra bu partiyanın sədr müavini də daxil olmaqla azı onadək fəalı inzibati həbsə məruz qalıb.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə bildirib ki, Eyyub  Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb. O, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Xəbəri paylaş

VİDEOLAR