ABŞ Yəmənə yenidən hücum edib

ABŞ Yəmənə yenidən hücum edib

Yəmən mediası ölkənin paytaxtı Sənanın səhər saatlarında ABŞ və İngiltərə tərəfindən bombalandığını açıqlayıb.

Az.rasthaber.org xəbər verir ki, Yəmənin “Əl Məsirə” televiziyasının məlumatına görə, ABŞ və Böyük Britaniya tərəfindən paytaxt Sənaya bir sıra hava zərbələri endirilib.

CNN-in ABŞ rəsmisinə əsaslanaraq verdiyi xəbərdə Yəmən qüvvələrinin istifadə etdiyi radar obyektini hədəf alan yeni hücumun əvvəlkindən daha kiçik olduğu və ABŞ tərəfindən birtərəfli qaydada həyata keçirildiyi bildirilib.

ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri ötən gecə Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bəzi məntəqələrə hava zərbələri endirib.

Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüsselam ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi hava hücumlarına reaksiya verərək deyib:

"ABŞ və Böyük Britaniyanın Yəmənə aviazərbələri sionist rejimə dəstək və yəmənlilərin Qəzza xalqına dəstək əməliyyatlarını dayandırmaq məqsədi ilə həyata keçirilib. Onlar bu xain hücum ilə axmaqlıq etdilər".

Xəbəri paylaş

VİDEOLAR