21.03.2020 12:40:45
ABŞ vitse-prezidenti Mayk Pensin ofisinin əməkdaşlarının birində koronavirus aşkarlanıb.
Rasthaber Azərbaycan APA-ya istinadən bildirir ki, hazırda həmin əməkdaşın ailə üzvləri, yaxınları da müayinə edilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 21-nə olan məlumatına görə, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 234 minə çatıb.